Zülfiyyə Xanbabayeva pulsuz solo konsert verəcək
"Məhəbbət hekayəsi” adlı rəqs tamaşasının ilk nümayişi təqdim olunacaq.Konsert "Shamkir Chess 2014” beynəlxalq şahmat turniri çərçivəsində baş tutacaq.
Dunyatv.azANS PRESS-ə istinadla xəbər verir ki, xalq artistiZülfiyyə Xanbabayevabu yaxınlarda dünyasını dəyişmiş Vüqar Həşimovun xatirəsinə solo konsert verəcək.Konsert Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş "Shamkir Chess 2014” beynəlxalq şahmat turniri çərçivəsində təşkil ediləcək. Solo konsert aprelin 30-da Şəmkir Olimpiya kompleksində keçiriləcək.Konsertin xüsusi qonağı qismində Gülyaz və Gülyanaq Məmmədova bacıları çıxış edəcəklər.Həmçinin "Məhəbbət hekayəsi” adlı rəqs tamaşasının ilk nümayişi təqdim olunacaq.