dunyatv.az
CANLI YAYIN

Raul: “İspaniya erası başa çatdı”

21-06-2014, 11:12

 

 

İspaniya millisinin canlı əfsanəsi Raul Qonzales yığmanın "DÇ-2014"dəki uğursuz çıxışını dəyərləndirib. Təcrübəli futbolçu İspaniya erasının başa çatdığını bildirib:
 
"İspaniya millisinin heyətində olan futbolçulara güvənirdik, ancaq bu dəfə uğur qazanmaq mümkün olmadı. Təbii ki, məyusuq, bununla belə 6 ildə böyük uğur əldə edən komandanın futbolçularına təşəkkür etməliyik. Hər bir eranın sonu olur.
 
Çox təəssüf ki, İspaniya erası belə başa çatdı. Ancaq bu komandanın ləyaqətini unutmamalıyıq. Top-komanda olmaq çətindir, onu qoruyub saxlamaq daha da çətindir. Bizim daha öncə belə uğurumuz olmayıb. Bəli, era başa çatdı, amma komandanın 2008-2012-ci illərdə qazandığı uğuru təkrarlamaq çətin olacaq".
 
Xatırladaq ki, 2008 və 2012-ci illərdə Avropa çempionu olan İspaniya millisi 2010-cu ildə dünya kubokunu başı üzərinə qaldırmışdı.


Oxunub: 883

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.