dunyatv.az
CANLI YAYIN

“Azərbaycan futbol yox, şahmat ölkəsidir”

22-09-2014, 10:59

 
 

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "uefa.com” saytına müsahibə verib. 

[/b][/b][/b]

 "Qafqazinfo”  xəbər verir ki, Berti Foqts Azərbaycanın Avro-2016-nın seçmə qrup mərhələsində qarşılaşacağı rəqiblər barəsində danışıb: "Komanda olaraq inkişaf etməkdəyik. 

Əgər ötən seçmə mərhələni yada salsaq onda görərik ki, Azərbaycan yalnız iki komandaya uduzdu. İki dəfə Portuqaliyaya, bir dəfə də Rusiya millisinə. Bu seçmə mərhələdə də hər şey mümkündür. İtaliya kimi komanda ilə oynamaq bizi sevindirir. Xorvatiya da güclü komandadır. Hər ikisi dünya çempionatının iştirakçısıdır. 

Lakin bir şeyi də vurğulayım ki, milli komanda texnikalı oyun nümayiş etdirəndə, uduzub, ve ya heç-heçə edəndə azarkeşlər sırf nəticəyə baxırlar. Onlar komandanın oyununu başa düşmürlər. Yalnız komanda udanda onlar futbol ölkəsi olurlar. Azərbaycan şahmat ölkəsidir. Normal vəziyyətdə onlar digər nəticələri də başa düşməlidirlər. Biz fiziki cəhətdən yaxşı komandayıq. Qupumuzda olan komandalarla ayaqlaşa bilərik onlar İngiltərə və İsveçrə kimi sürətli oynamırlar. Ona görə də biz bir iki komandaya qarşı  sürpriz edə bilərik”


[/b][/b][/b][/b][/b][/b]


Oxunub: 743

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.