dunyatv.az
CANLI YAYIN

Lənkəranda su polisinin əməkdaşını elektrik cərəyanı vurdu-VIDEO

1-10-2014, 11:53

 
 

Lənkəranda xidməti vəzifəsini yerinə yetirən su polisinin əməkdaşını elektrik cərəyanı vurdu.Ötən gecə Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis Idarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov xidməti vəzifəsini yerinə yetirdiyi zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, su polisinin 5 nəfərlik qrupu rayonun Veravul çayı ərazisində qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Malik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb. Polis əməkdaşının ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 


Oxunub: 1 094

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.