dunyatv.az
CANLI YAYIN

Sumqayıtda daha bir narkotik maddə audəçisi saxlanılıb-VIDEO

2-10-2014, 12:29

 

Sumqayıtda daha bir narkotik maddə audəçisi saxlanılıb. Onun üzərindən 371.2 qram qurudulan marixuana maddi sübut kimi götürülüb.37 yaşlı Corat sakinini növbəti dəfə məhkumluq həyatı gözləyir. Belə ki, Sumqayıt şəhər polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılan Şövqi Quliyevin üzərindən 371.2 qram qurudulmuş marixuana tapılıb. Narkotiklərlə mübarizə bölməsinin müstəntiqi Ələhməd Əhmədlinin verdiyi məlumata görə, təqsirkar ötən gecə Sumqayıt ərazisində saxlanılıb.Qeyd edək ki, Carot qəsəbə sakini Şövqü Quliyev əvvəllərdə məhkum olub. Faktla bağlı Sumqayıt şəhər polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 


Oxunub: 919

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.