dunyatv.az
CANLI YAYIN

Abort zamanı daha bir ana öldü-VİDEO

3-10-2014, 10:54

 
 

2 uşaq anası olan Sitarə Şahbazova növbəti dəfə ana olmaqdan imtina etdi. Arzuolunmaz uşaqdan canını qurtarmaq istəyən ana özu canından oldu. Abort zamanı daha bir ana ölüb.Hadisə Bərdə rayon mərkəzi xəstəxanasının Genikoloji şöbəsində qeydə alınıb . Rayonun Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova 4 aylıq hamiləlikdən azad olmaq üçün rayon mərkəzi xəstəxanasının genikoloji şöbəsinin, genikolok – həkiminə müraciət edib. Həkim içəridə abort edən zaman xəstənin halı pisləşib və dünyasını dəyişib. Xəbəri eşidib xəstəxanaya gələn mərhumun yaxınları isə gəlinin dünyasının dəyişməsinin səbəbini həkimdə görürlər.

Sitarə Şahbazovanın qohumları iki uşaq anası olan mərhumun hec bir saglıq problemi olmadıgını və həkimin səhvi ucbatından dünyasını dəyişdiyini bildirirlər.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib.Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 


Oxunub: 1 003

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.