Azərbaycanda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə
doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır. Səhər və axşam bəzi
yerlərdə zəif duman olacaq. Temperaturun gecə 5-8° isti, gündüz 13-18°
isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85
faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcəyi, gündüzdən başlayaraq bəzi yerlərdə yağıntılı
olacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8° isti, gündüz
15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən
yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüzdən
başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı
gözlənilir. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18°, bəzi
yerlərdə 21°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman, gündüzdən
başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə
2-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi
Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər
bəzi yerlərdə duman olacağı, axşam bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20°, bəzi
yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman, axşama doğru bəzi
yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-8°
isti, gündüz 13-18°, bəzi yerlərdə 21°-dək isti, dağlarda gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.