Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 22 yaşlı Tacəddin Xasıyev qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.Araşdırma zamanı məlum olub ki, Tacəddin Xasayevi şəxsi münasibətlər zəminində şəhər sakini, 17 yaşlı Eyyub Mustafayev tərəfindən bıçaqlanıb.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 1 018
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.