DƏHŞƏT - 28 nəfərin başını kəsdilər
Terrorçular Mandira kəndində avtobusu saxlayaraq sərnişinləri öldürüblər. Bununla bağlı ilkin məlumatlarda 28 mülki şəxsin qətlə yetirildiyi bildirilir. Keniyanın hüquq-mühafizə orqanlarının sözçüsü Məsud Muveyni "Eş-Şedab” terrorçularının Mandira kəndində 28 nəfərin başını kəsərək qətlə yetirmələri xəbərini aldıq”, – deyə bildirib.Terrorçular bu gün səhər Mandira kəndindən Keniyanın paytaxtı Nayrobiyə doğru hərəkət edən avtobusu Ömər Culi bölgəsində saxlayaraq sərnişinləri düşürüblər. Sonra isə sərnişinlərin başlarını kəsiblər. Məsud Muveyn öldürülənlərin sayının dəqiqləşdirildiyini əlavə edib.
publika.az