Dəhşətli hadisə: 5 qardaş dünyasını dəyişdi
Suriyadan müharibə şəraitinə görə qaçaraq Türkiyədə məskunlaşan ailədə dəhşətli hadisə baş verib.Antalyanın Korkuteli rayonunda Almahavi ailəsinin 5 övladı dəm qazından zəhərlənib.Xəstəxanaya çatdırılna 5 qardaşın həyatını xilas etmək mümkün olmayıb. Valideynlərin verdiyi məlumata görə, hava soyuq olduğundan uşaqlar öz otaqlarında, sobanın yanında oturub. Qəfil yuxuya gedən azyaşlılar sobanın söndüyündən xəbərsiz olublar və hadisə də bu səbəbdən baş verib.Onlar uşaqların cəsədlərinin Martinin Kızıltepe rayonundan Suriyaya aparılacaqlarını bildiriblər.