Əsgərimiz özünü güllələdi
Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.
Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.
Dunyatv.az-ın əldə etdiyi məlumata görə, Əsgər Nazim Hamlet oğlu Zahirov Goranboy rayonu Tapqaraqoyunlu kəndi "N” saylı hərbi hissəsində xidmət edir.