dunyatv.az
CANLI YAYIN

İzzət yeni villasından danışdı

19-12-2013, 18:15

İzzət yeni villasından danışdı
Müğənni İzzət Bağırov neçə illərdir tikdirdiyi villasına köçüb.
[/b]
[b]
Bu haqda Axşam.az saytına sənətçi özü məlumat verib:

"Bir müddətdir ki, yeni mənzilimə köçmüşəm. Orada rahatlığım üçün hər bir şəraiti qurmuşam. Evimin birinci mərtəbəsini idman zalı etmişəm. 37 yaşım var, qocalmaqdan qorxmuram. Amma səhnə adamıyam, formada olmalıyam. Evimdə trenajor, sauna, qaçma xalçası quraşdırmışam. Hər gün bir neçə saatımı ona ayırıram”.

Övladlarından danışan İ. Bağırov onları necə tərbiyə etdiyini açıqlayıb:

"Övladlarımı tərbiyə etmək üçün onları televizordan uzaq tuturam. İlk növbədə kinolara, seriallara baxmağa qoymuram. İndiki seriallarda öpüşmə, qucaqlaşma, anaya cavab qaytarma – hər şey var. Buna baxan uşaq ananın, atanın sözünə baxmaz, üzünə ağ olar. Mən övladlarımın baxacağı cizgi filmlərinə, kompüter oyunlarına da nəzarət edirəm. Əksəriyyəti aqressivlik yaradır. Bunlara qadağa qoymaq lazımdır”.


Oxunub: 1 237

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.