dunyatv.az
CANLI YAYIN

İlham Əliyev 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun imzalayıb

20-12-2013, 10:13

İlham Əliyev 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun imzalayıb

 Dunyatv.Az APA-ya istinadən xəbər verir ki,Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

APA-nın məlumatına görə, ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100  manat məbləğində təsdiq edilib.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125  manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.

Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.


Oxunub: 1 293

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.