Azərbaycanlı seksual teleaparıcı: “Rolda fahişə olmaq yaxşıdır”
Cazibədarlığı ilə daim diqqət mərkəzində olan "TVR klub" verlişinin aparıcısı Günel Hümbətovanən müsahibəsi...
Teleaparıcının açıq-saçıq geyinməsinə ağız büzüb, söz qoşanlara münasibət bildirdi:
"Məni
qınayanlar çoxdu. Açıq-saçıq geyimimlə, sərbəst davranışımla məni də
qınayırlar. Ona görə heç kəsi qınamaq düzgün deyil. Anam ciddidi. Amma
uşaqlıqdan açıq-saçıq geyinmişəm. Bədən ölçülərim buna imkan verir.
İfrat dərəcədə geyinməmişəm. Biri var xanım cazibədar görünsün, biri də
var ki, iyrənc görünsün. Həyatda heç kəs deyə bilməz ki, niyə belə
geyinisən? Cəsarətləri belə çatmaz. Sosial şəbəkə də saxta profillər
açılır. Ağızlarına gələni yazırlar. Ay bunun nəyi qəşəngdi, valideynləri
hardadı? Ay balam sənin heç ailə üzvlərindən xəbərin var? "
Heç kəsdən qorxmadığını dilə gətirən Günel çəkildiyi serialdan, istedadından ağız dolusu danışdı:
"Xəzər
TV-də "Sənə inanıram" serialına çəkilirəm. Baş rol deyil. Teleaparıcı
bəzi məqamlarda oyun oynayir, obraza girir. Xarici ulduzlar da həm
aktrisa, rəqqas, həm də müğənnidilər. Bu sferada istedadı varsa, bunun
nəyi pisdi. Mənim öz peşəm müğənnilikdi, təhsilini alıram. Mənim
istedadım varsa niyə oxumayım ki? Elə müğənnilər var ki, oxumasalar
yaxşıdı. Heç kəsdən qorxmuram".
Artıq açıq-saçıq səhnələrlə zəngin rol təklifindən danışan cazibədar teleaparıcı qınaq obyektinə çevrilməkdən qorxur:
"Bir
həftə bundan əvvəl mənə film üçün roli təklifi gəldi. Baş rollardan
biri, amma hədsiz dərəcə açıq-saçıq səhnələr vardı, yataqda və s. Mən
qəbul etmədim. Məndən olsa edərəm. Həyatda yüz oyunlardan çıxmaqdansa,
rolda fahişə olmaq yaxşıdı. Oğru rolunu ifa edirsənsə o demək deyil ki,
sən oğrusan. Psixoloji cəhətdən insanlar ona hazır deyil. Həm də mənə
nəzərə alaraq, bu cür rollardan imtina edirəm . Anamı, ailəmi, rəyləri
düşünürəm. Beren Saat öpüşür, sevişir heç nə demirik, hələ ikinci dəfə
maraqla izləyirik".
Sevgilisinin olmadığını dönə-dönə vurğulayan Günel hələ ailə qurmaq niyyətində deyil:
"Ay
Allah... Həyatımda heç kəs yoxdu. Mənim sevgilimin olmadığına heç kəs
inanmır. Olub, sevmişəm. Bəzi səbəblərdən ayrılmışam. Münasibətim daim
olacaq deyə bir şey yoxdu. Camaat ailə qurur, boşanır. Qısqanclıq, efirə
çıxma, belə geyinmə, bir sözlə efir ən böyük düşməni idi. Ailədə qursam
belə, efirdən əl çəkəm deyiləm. 5 il ərzində planım yoxdu. Ərə getmək
xatirinə getmək istəmirəm".
"Mixmaqazin" verlişinin aparıcısı
Ülviyyə Xəlilbəylinin özünə bənzədilməsindən də danışan teleaparıcı,
həmkarını tanımazlığa çalışdı:
"Hansı qız? kimlə? Özünü mənə
oxşadan? ( gülür) Mən ona qarşı pis bir şey demirəm . Onun xətrinə
dəysin istəmirəm. İnanın, mənə 4-5 nəfər verliş efirə gedəndə dayanmadan
zəng etdi ki, bax, filan qız özünü necə sənə oxşadır. Baxmadım,vaxtım
olmadı. Təsadüfən gördüm kimsə paylaşır facebookda. Baxdım, dedim Ay
Allah. Düzü o çox abartılı hərəkətlər edir. Uğurlar arzu edirəm".
/publika.az/
Oxunub: 2 607