
"Azərbaycanda mövcud mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər gözlənilir"
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
E.Vəlizadə
qeyd edib ki, mobil rabitə sahəsində xidmət tariflərinin azaldılması
məsələsi müzakirə olunur və bu istiqamətdə daim addımlar atılır: "Bu
istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən
iş aparılır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Müzakirələr
başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu
istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində
qiymətlərə dəyişikliklər ediləcək".
Oxunub: 992
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.