Dunyatv.Az Türkel TV-yə istinadən xəbər verir ki, Goranboy rayonunda
mağazadan oğurluq edilib. Hadisə rayonun Dəliməmədli şəhərinin
Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, Mövlan Niftalıyevə məxsus mağazaya onun qonşusu Mahir Rzayev döşəməni xüsusi avadanlıqla sındıraraq daxil olub.
Mağaza
sahibinin sözlərinə görə, cinayətkar dükana daxil olandan sonra burada
spirtli içki qəbul edərək yatıb qalıb. Mağaza sahibi səhər tezdən
mağazanı açanda görüb ki, qonşusu Mahir Rzayev dükanda yatır. Bu zaman
qapını bağlayıb qonşuları və yaxınlıqda olan polis əməkdaşlarını köməyə
çağırıb.
Nəticədə Mahir Rzayev qaçmağa cəhd göstərsə də, rayonun
polis şöbəsinin əməkdaşları tərəfindən tutulub, istintaqa cəlb olunub.
Bundan başqa cinayətkar dükanda olan bir çox ərzaq məhsularını yerə
dağıdıb.
Xatırladaq ki, Mahir Rzayevin mağaza sahibinə 150 manat
borcu var imiş. Onu da qeyd edək ki, Mövlan Niftəliyevə oğurluq zamanı
1500 manat dəyərində ziyan dəyib. Faktla bağlı Goranboy rayon polis
şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Onun digər
cinayətlərdə əli olub-olması araşdırılır.
Oxunub: 1 113
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.