
Həyat…
Qəribə səslənir. Nədir ki, həyat? Yaşadığın günlərdir üst-üstə gəlir.
Ağrılı-acılı, sevincli-kədərli günlər. Görəsən elə bir insan tapılarmı
ki, həyatında nəyisə dəyişmək istəməsin??? Yəqin tapılar. Mənə gəlincə…
Nəyi və ya nələrisə dəyişmək istərdim. Amma inan əziz oxucu bu sənə heç
maraqlı olmaz. Qismət deyilən bir şey var. Biz gücsüz və aciz olanda
onun boynuna atırıq hər şeyi və sanki rahatlayırıq bir az.
Şəkillərimə
baxıram. Elə bil ordakı insan mən deyiləm. Hamısında da gülürəm. Çox
adam elə edir. Şəkil çəkilib qurtardıqdan sonra isə hər şey itir və
qayıdırsan real həyata. Onda elə çıxır ki, rola giririk? Kimi aldadırıq
ki, özümüzdən başqa. O qədər də çox yaşım yoxdur. Lakin hərdən mənə elə
gəlir ki, bir qocanın ömrünü yaşamışam. Kaş bu qədər güclü
doğulmayaydım. Allah insana cəkə bilməyəcəyi yükü verməz demişlər.
Hərdən bu yükün belimi sındırdığını hiss edirəm. Qəlbimdə də çox yük
var.
Yəqin elə fikirləşirsiz ki, mən dünyada ən bədbəxt insanam.
Əsla yox. Bu günümə çox şükür.Bilmirəm niyə? Amma suallarım çoxdur. O
suallar ki, cavabını ancaq mən bilirəm. Lakin tapa bilmirəm. Həyatda
tutuna biləcəyim, yaşama gücü ala biləcəyim insanlar var. Bəlkə də heç o
insanlara layiq deyiləm.
Nəticə: ALLAHa
tərəf qaçıb məni bağışlamasını istəyirəm. Mənə verdiyi nemətlərə görə
şükr etmək istəyirəm. Axı O, hamı kimi məni də sınağa çəkir.....
Oxunub: 1 321
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.