dunyatv.az
CANLI YAYIN

İnternet xidmətləri ucuzlaşdırıla bilər

24-12-2013, 10:29

Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində dövlət tərəfindən yeni tədbirlər planı hazırlanır. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib: «İnternetin qiymətlərində mütəmadi olaraq ucuzlaşma gedir».
 
Nazir bildirib ki, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərə aid olur, lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var.
 
Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda mövcud internet tariflərinin aşağı salınması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən xüsusi planlar hazırlanıb və artıq yaxın vaxtlarda onlar açıqlanacaq.  Apa


Oxunub: 1 045

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.