Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı SON-DƏQİQƏ

Bakı-Şamaxı yolunda dəhşətli qəza: 3 ölü, 4 yaralı SON-DƏQİQƏ
Bakı-Şamaxı magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BiG.Az saytı anspress.com saytına istinadən bildirirki, qəza dünən axşam
saat 23 radələrində Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində, Pirsaat
çayı yaxınlığında qeydə alınıb.
Qəzada 60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət
nömrə nişanlı VAZ 21015 markalı avtomobillər toqquşub. Hadisə zamanı 3
nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır yaralanıb.
Şamaxı rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Rasim Nağıyevin ANS
PRESS-ə verdiyi məlumata görə, xəstələr ağır vəziyyətdə reanimasiyaya
yerləşdirilib.
Qeyd edək ki, qəzada ana ölüb, iki öğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.
Ölən şəxslərin və yaralıların adları məlum deyil.
Hazırda hadisə yerində polis tərəfindən araşdırma aparılır.
Oxunub: 1 656

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR