
Onların arasında eşq münasibəti 3 aya yaxındır yaranıb.
Tanınmış
türkiyəli teleprodüser, Azərbaycan teleməkanında bir çox maraqlı
layihələrə imza atmış Kemal Cenk İçten ailə qurmağa hazırlaşır.
Prodüserin gələcək həyat yoldaşı azərbaycanlı aktrisa-model Minarə Allahverdiyevadır.
Çoxdan
bir-birlərini tanıyan cütlüyün arasında ciddi eşq münasibəti 3 aya
yaxındır yaranıb. Artıq bir-birlərini daha da yaxşı tanıyan ikili yeni
ilin ilk aylarında ailə ittifaqına girməyə qərarlıdırlar. Bakıda
gerçəkləşəcək toy mərasiminə özəl qonaqlar dəvət alacaqlar. Cenk bəy
toyda mətbuat nümayəndələrinin də qonaq qismində iştiraklarını nəzərdə
tutduğunu açıqlayıb.
Xatırladaq ki, K.C.İçtenin gələcək
həyat yoldaşı M.Allahverdiyeva hazırda Xəzər TV-də yayımlanan "Sənə
inanıram” teleserialında Nərminə obrazını canlandırır.
Oxunub: 1 172
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.