Arıqlamağa mane olan 10 sehv
Mütəmadi olaraq pəhriz saxladığınız halda arıqlaya bilməməyin bəzi
səbəbləri var. Bu, pəhrizdə yol verilən səhvlərlə bağlıdır. Pəhriz
saxlayanda nəyə diqqət etmək lazımdır?
Avision.az arıqlamağa mane olan 10 səhvi təqdim edir.
Bir həftədə 10 kilo arıqlamağınızı vəd edən və menyusunda yalnız qreyfurt və kələm olan pəhrizləri unudun.
Yemək yemədiyinizə görə arıqlayırmış kimi görünsəniz də əslində həzm
sistemi bir neçə kalori ilə də işləyir. Pəhriz bitəndə əvvəlkindən daha
qısa müddətdə itirdiyiniz çəki bərpa olunur.
İkinci yalnış səhər yeməyi yeməməkdir. Bu da kalori almamaq üçün cəhd
kimi görünür, amma buna görə gün ərzində özünüzü ac hiss edirsiz. Bu da
gün ərzində kalorili qida qəbul etməyinizə səbəb olur.
Halbuki yaxşı hazırlanmış səhər yeməyi gün ərzində ac qalmağınızın qarşısını ala bilər.
Araşdırmalar sübut edir ki, səhər yeməyi yeyənlər digərləri ilə
müqayisədə daha sağlamdır. Çəki itirməyə mane olan digər səbəb isə
səhər, günorta və axşam yeməkləri arasında yediklərinizdir.
Stolun üstündəki bir dilim keks, dondurma və s. bu kimi şeylər çəkini artırır. Qidalanmaya bütövlükdə nəzarət etmək lazımdır.
Qida rasionunda çərəzlərə çox yer vermək də kökəlməyə səbəb olur. Belə
ki, əhəmiyyət vermədən yeyilən cips və onun kimi qızardılmış çərəzlər
bel nahiyəsinin qalınlaşmağına səbəb olur. Bu qəbildən olan qidaların
əvəzində fındıq, badam,kimi çərəzlərə üstünlük vermək məsləhətdir,
çünki bu, həzm sisteminə də yaxşı təsir edir. Həddindən artıq az yağı
olan yeməklər də sizin kökəlməyinizə kömək edir.
Az yağlı yemək az kalorili yemək demək deyil. Ən yaxşısı yediyiniz
yeməklərin yağının, kalorisinin və şəkərin miqdarınıa nəzarət etməkdir.
Bəziləri çox az su içməyin arıqlamağa kömək etdiyini düşünsələr də
yanılırlar. Bu, ən çox yol verilən ən sadə pəhriz səhvidir. Su kalorini
yandırmaq üçün vacibdir. Çünki bədəndə suyun miqdarı azalanda həzm
sistemi fəaliyyət göstərmir və daha gec arıqlayırsız. Ona görə də hər
yeməkdən sonra mütləq su için.
Süd məhsullarından imtina etmək də pəhrizdə yol verilən növbəti səhvdir.
Süd, pendir, dondurma, qatıq pəhriz saxlayan adam üçün xeyirlidir. Bəzi
araşdırmaların nəticələrinə görə bədən kifayət qədər kalsium qəbul
etməyəndə yağ toplamağa başlayır.
Nəqliyyat vasitəsində qida qəbul etmək də çəkini azaltmağa mane olan
amildir. Əgər nəqliyyat vasitəsində yeməyə məcbursuzsa onda salat yemək
məsləhətdir. Ümumiyyətlə isə hansısa nəqliyyat vasitəsində yemək yemək
məsləhət görülmür.
Çəkinizi hər gün ölçməyin. Bu, sizin arıqlamaq ümidinizin itməyinə səbəb
olur. Yaxşısı budur ki, həftədə bir dəfə və ya uzun müddətli pəhrizdən
sonra çəkinizi ölçəsiniz. Tərəzidə əvvəlkindən daha az çəkiniz olduğunu
görəndə özünüzü daha xoşbəxt hiss edəcəksiz.
İdman etməmək çəkinizi artırmağı asanlaşdırır. Əgər idman etsəniz
sevdiyiniz qidaları daha çox yeməyinizə və eyni zamanda çəkinizin
azalmağına kömək edir.