Kinomuzun "Qaraca qızı": "Məni bir də narahat etməyin"
"Qaraca qız” filmini xatırlayarkən, çoxlarımızın gözləri önündə ilk
olaraq qara dərili, saçları qara, qıvırcıq, toppuş və məsum sifətli bir
uşaq obrazı canlanır. Elə o vaxtdan aktrisa Sevil Zeynalovanı hamı
"qaraca qız” kimi tanıyır. 47 il öncə çəkilən fimlə tarixə düşən aktrisa
nədənsə sonradan sənətdən uzaqlaşmaq qərarına gəlir. Bu onun çəkildiyi
ilk və son kino idi. Kinodan gedişindən sonra akrtisa nədənsə hər kəsdən
də uzaq olmaq istəyirdi. İndiyə kimi dəfələrlə mətbuat nümayəndələri
"qaraca qız”la əlaqə saxlamağa cəhd etsə də aktrisa bundan imtina edir,
danışmaq istəmirdi.
Biz də onunla əlaqə saxlamağa çalışdıq. Hal-əhval tutub, indiki
fəaliyyəti ilə maraqlanmaq istədik. Akrtisa danışmaq istəməsədə onun
harada çalışdığını öyrənə bildik.
Danışığından küskünlüyü hiss olunan "qaraca qız” xeyli müddətdir ki,
Mədəniyyət və İncəsənət Universitetenin Rejissorluq fakültəsində dərs
deyir.
Yalnız müəllimlik fəaliyyəti ilə məşğul olduğunu deyən "uşaq obrazı” kino aləmindən tamamilə uzaqlaşdığını qeyd edib:
"İmtahan vaxtlarıdır, vaxtım yoxdur, həm də xəstələnmişəm. Müsahibə də
vermək istəmirəm. Saytlarla, internetlə də maraqlanmıram, başım çıxmır.
Kinodan da tamamilə uzaqlaşmışam, əlaqələrim yoxdur, sadəcə burada dərs
deyirəm. Bağışlayın dərsdəyəm, danışa bilmirəm, məni bir də narahat
etməyin”.