
Alister Li mərc gələrək demişdi ki, Milad bayramına qədər ən azı 45 kq arıqlayacaq.
O, William Hill bukmeker kontoruna ötən il 25 funt yatırmışdı.
Alister
mərcdə qalib gələcəyi və 45 kq arıqlayacağı təqdirdə 5 min funt, yəni
təqribən 8100 dollar məbləğində uduşa yiyələnəcəkdi.
Milli.Az
Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı Alister sözünün üstündə
durub, 45,3 kq arıqlayıb və 5 min funta sahib olub.
Alisterin dediyinə görə, bukmeker kontoruna mərci yatıranda 1:100 əmsalı idi.
"Arıqlama
prosedurlarına məşq və pəhrizlə başladım. Əslində pul əsas məsələ
deyildi. Önəmli olanı sözümün üstündə durmaq, izafi çəkidən qurtulmağım
idi. Üstəlik, bir-iki il əvvəllər qəzetlərdə oxumuşdum ki, mərc gələrək
45 kq arıqlayacağını deyən Piter Hiks sözünün üstündə durmuş, 10 min
funt-sterlinqə yiyələnmişdi", - Alister Li deyib.
Barroun
in Ferness şəhərində yaşayan Alister Linin sözlərinə görə, FDMA idman
mərkəzində məşqçilər Yanq və Kelsi Yunqların rəhbərliyi ilə məşq edib
Oxunub: 815
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.