dunyatv.az
CANLI YAYIN

Orta məktəblərdə ikinci növbə ləğv oluna bilər

26-12-2013, 21:19

 

"2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər". Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Nazirliyin məlumatına əsasən, ölkədə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

Bununla bağlı Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

İkinci növbənin ləğv olunmasının rus məktəblərinə də şamil olunmasına gəlincə, nazirlikdən bildirilib ki, Azərbaycandakı məktəblərin hamısı Azərbaycan məktəbləridir. Sadəcə, tədris dilləri müxtəlifdir.

Nazirlik bəyan edib ki, ikinci növbənin ləğv olunması məktəblərdə sıxlığa səbəb olmayacaq. 1 növbəliliyə keçid elə təşkil olunmalıdır ki, məktəbdə süni şagird sıxlığı yaranmasın.

Qeyd edək ki, hazırda bütün I-V siniflərin hamısı 5 günlük tədris həftəsi ilə işləyir. 1 növbəli məktəblərdə də, bir qayda olaraq, 5 günlük tədris həftəsi tətbiq olunur.


Oxunub: 1 070

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.