dunyatv.az
CANLI YAYIN

Zaurun “Ümid var”ı xəstələri ümidsiz qoydu

27-12-2013, 09:00

 ATV kanalında uzun müddətdir yayımlanan "Ümid var” verilişində artıq xəstələrə yardım edilməsi dayandırılıb. Bu barədə AzVision-a daxil olan şikayət məktubunda deyilir.

Bildilir ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişdə xəstələrə yardım edilməsi dayandırılıb.

Oxucunun şikayətini dəqiqləşdirmək üçün sözügedən verilişin prodüsseri Nəmənd Rüstəmovla əlaqə saxladıq. O, bu iddialara aydınlıq gətirib.

"Veriliş əvvəlki qaydada davam edir.”Ümid var” gündəlik reytinqdə lider proqram olduğundan bizə olam müraciətlərin sayı da gözləntilərimizi qat-qat üstələdi. Bizim də bu yardımlaşma aksiyası Məhərrəm ayı çərçivəsində planlaşdırılmışdı. Və bu aksiya çərçivəsində bir nəfərə Türkiyədə böyrək nəqli həyata keçirildi. Digər bir ağır xəstə üçün 100 min dollardan çox pul toplandı. Başqa bir çoxuşaqlı ailəyə mənzilin tikintisi, mebel, məişət əşyaları paltarlar verildi. Digər bir tamaşaçının Almaniyada müayinəsi üçün fəsait toplandı və.s. Bütün bunlardan sonra də xəstəlik və yardımla bağlı müraciətlərin sayı çoxaldığından, görürük ki, artıq bunu bir veriliş çərçivəsində gerçəkləşdirmək mümkün deyildi. O üzdən verilişi əvvəlki formata qaytardıq”-deyə, N.Rüstəmov vurğulayıb.


Oxunub: 1 469

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.