Gəncə Dövlət Universitetinin rektoru işdən çıxarıldı
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev vəzifəsindən azad olunub.
Təhsil
Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin
müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Y.Əliyev
tutduğu vəzifədən azad olunub. Müvafiq qaydalara uyğun olaraq,
universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris
işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.
Y.Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir