dunyatv.az
CANLI YAYIN

DƏHŞƏT! Anasına 102 bıçaq vuran oğul: “Əxlaqsızlıq edirdi”

27-12-2013, 09:45

 Dekabrın 18-də Bakının Sabunçu rayonunda oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 51 yaşlı qadının bədənində 102 bıçaq yarası aşkarlanıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmə tibbi ekspertizasının Cəmilə Dünyamalıyevanın bədənində aşkarladığı 102 xəsarətin əksəriyyəti dərin olub və daxilə nüfuz edib. 31 yaşlı Mürsəl Dünyamalıyev anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Dəfələrlə ifadə verən M.Dünyamalıyev hər dəfə "əxlqasızlıq edirdi” deyə bildirib. Lakin o, anasını konkret olaraq hansı fakt-sübuta görə bu şəkildə öldürdüyünü açıqlamaqdan imtina edib.

Qeyd edək ki, M. Dünyamalıyev uzun müddət idmanla məşğul olub. "Socar”da mühafizəçi işləyən Mürsəl hadisəni törətdikdən sonra iş yerinə gəlib və iş yoldaşları ilə vidalaşıb. Daha sonra isə Xətai RPİ-nin 37-ci Polis Bölməsinə gedərək təslim olub.


Oxunub: 1 052

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.