Tarkan narkotik müalicəsi alacaq
Dunyatv.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Tarkan narkotikdən istifadə elədiyi üçün 1 ildən 2 ilə qədər həbs cəzası alıb .Məhkəmə Tarkan üçün "müalicə" və "yoxlamalı sərbəstlik tədbiri" qərarını verdi.
"Peşmanam dedi"
Tarkan əvvəlki məhkəmədə ifadəsində "Həyatın və məşhurluğun cətinlikləriylə bağlı bir müddət narkotikdən istifadə elədiyimi qəbul edirəm.Ancaq məhkəmə əməliyyatından sonra bir daha narkotikdən istifadə eləmədim.Peşmanam"dedi.
Tarkanın vəkili Yunus Əgəmənoğlunun izahati belə olub:
Hörmətli mətbuat mənsublari,
Müvəkkilim Tarkan Təvətoğlu "yoxlamalı sərbəstlik tədbiri" qərarı ilə mühakimə edilib.Dəvam eləməkdə olan məkəmə bugun nəticələnmişdir.Məhkəmə tərəfindən verilən qərarda müvəkkilim Tarkan Təvətoğlu haqqında;həps və ya pul cəzası verilməmiş,sadəcə tədbir üçün yoxlamalı sərbəstlik tədbiri verilib.