dunyatv.az
CANLI YAYIN

Turistlərin gizli ölümü

27-12-2013, 12:28

Nepalın paytaxtı Katmanduda biri qadın olmaqla iki İtalyan turist qaldıqları oteldə ölü tapılıb.

Turistlərin ölümü otel sahibi polisə xəbər verəndən sonra ortaya çıxıb. Qapını qıraraq otağa girən polis turistlərin cəsədini tapıb.

Tez-tez elektrik problemi yaşanan Nepalda qış aylarında isinmək üçün qazla işləyən sobalardan istifadə edilir. Bu sobalardan qapalı yerlərdə istifadə edilməsi zəhərlənməyə gətirib çıxarır.

Hər il təxminən 500 min turistin ziyarət etdiyi Nepal gəlirinin böyük bir hissəsini turizmdən əldə edir.

Hadisə ilə bağlı istintaq davam edir.


Oxunub: 1 027

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.