Ana ürəyi: oğlu tutuldu, özünü yandırdı
[/i]
[i] Xaçmaz rayonunda 52 yaşlı qadın intihara cəhd edib
APA-nın verdiyi məlumata görə, 1961-ci təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb.
O,
müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu
qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda
yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Qeyd edək ki,
N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon
Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum
edilməsi olub.
Qərara etiraz edən qadın özünü yandırıb.
Oxunub: 1 316

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR