Xəlilova Aytac Qibləli qızı 1993-cü il iyunun 27-də Bakı şəhərində
anadan olub. İncəsənət Gimnaziyasının yetirməsi olan Aytac 2011-ci ildən
sonra Dərbənd şəhər mədəniyyət və incəsənət universitetinin
tələbəsidir.
Uşaqlıqdan rəsmlə maraqlanan Aytac daha çox portret janrına üstünlük
verir. Musiqidən ilham alaraq şəkil çəkir, qəhrəmanlarını daha çox yerli
və xarici məşhurlar təşkil edir.
Aytacın maraq dairəsi yalnız rəsmlə məhdudlaşmır, o, heykəltəraşlıq,
dizayn və vizajla da yaxından maraqlanır, maraqlanmaqla kifayətlənmir bu
sahələrdə də bacarığını nümayiş etdirir.
Dunytav.az Azərbaycanın gənc və istedadlı rəssamının əl işlərini sizlərə təqdim edir.
Oxunub: 2 901
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.