Bu rayonda içməli su kəsiləcək
Bakının Nərimanov rayonuda içməli suyun verilməsində fasilə yaranacaq.
"Azərsu"
ASC-nin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Tofiq
Bəhramov adına Respublika Stadionunun yaxınlığından keçən 500 mm
diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 27
dekabr 2013-cü il tarixində Nərimanov rayonunun bir hissəsinə içməli
suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.