dunyatv.az
CANLI YAYIN

Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi: ölən var

27-12-2013, 17:26



Dunyatv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb.

Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir.



Oxunub: 1 171

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.