dunyatv.az
CANLI YAYIN

Əfv Komissiyası: “Əfv sərəncamı olmayacaq

28-12-2013, 11:20

Əfv Komissiyası: “Əfv sərəncamı olmayacaq

"Son əfv sərəncamından bir ay keçdiyindən Əfv Komissiyası toplanmayıb”. 

Bunu Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından bildiriblər. Komissiyadan onu da qeyd ediblər ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə əfv sərəncamı gözlənilmir. 

"Sonuncu əfv sərəncamının üzərindən çox az müddət keçib. Ona görə də 31 dekabrda əfv olmayacaq. Son bir ay olar ki, Əfv Komissiyasının iclası da keçirilməyib. Odur ki, əfv sərəncamı imzalanmayacaq”. 

Qeyd edək ki, sonuncu əfv sərəncamı bu il oktyabrın 14-də imzalanıb. Bu əfv sərəncamı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev də əfv olunublar.

 


Oxunub: 1 311

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.