dunyatv.az
CANLI YAYIN

Bir torpaq ərazisi dələduzlar tərəfindən bir neçə nəfərə satıldı - VİDEO

27-12-2013, 21:17

Bir torpaq ərazisi dələduzlar tərəfindən bir neçə nəfərə satıldı - VİDEO
 Şəhərimizin Yaşıldərə deyilən ərazisində vətəndaş Müşgünaz Şükürovaya məxsus torpaq sahəsi qeyri-qanuni olaraq digərləri tərəfindən zəbt edilib. Dünya müstəqil teleradio şirkətinə daxil olan şikayət ərizəsindən dərhal sonra adı çəkilən ünvana baş çəkdik. Həqiqətəndə şahidi olduğumuz mənzərədə şikayətçinində dediyi kimi ərazi zəbt edilib. Həmin torpaq sahəsində isə hal hazırda tikinti işləri aparılıb. Şikayətçi Müşgünaz Şükürova bildirdi ki,Yaşıl Dərədə yerləşən 600 kv torpaq sahəsi ona BTZ zavodunda işlədiyi üçün verilib. Həmin torpaq sahəsinə 3 nəfər dələduzluq yolu ilə onnan alıb və orada gecəqondu tikiblər.İndi isə xanım torpağını geri istəyir.
 

Mövcud vəziyyətlə əlaqədar olaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Torpaq sahəsini aldığını və buna görə də tam haqlı şəkildə tikinti apardığını söyləyən şəxslər onlara torpağı satan şəxsi günahlandırdılar. Məhz həmin ərazini Ramiz adlı şəxsdən aldıqlarını qeyd etdiler.

Bizdə sözü gedən şəxslə telefon əlaqəsi yaratmağa çalışdıq. Əlaqələrimiz alınsada lakin danışığın yarısında indi məşğulam sonra danışarıq deyib telefonu bağladı. Digər qonşular da sözü gedən şəxsin onları dələduzluq yolu ilə aldadıb pullarını mənimsədiklərini söylədilər.

Ümidvariq ki,aidiyyatı qurumlar mövcud məsələyə biganə qalmayacaqlar.

 


Oxunub: 1 308

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.