Bakıda idman kompleksində partlayış baş verib, ölən və yaralananların olduğu bildirilir
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən "Lokomotiv” idman kompleksində qeydə alınıb. İlkin məlumata görə, baş verən partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.