
Bu il ərzində Azərbaycan Vergilər Nazirliyinə vətəndaşlardan
«Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə
əlaqədar 55 şikayət daxil olub.
Dunyatv.az Etatist.com-a istinadən bildirir ki, Vergilər Nazirliyinin
analitik-informasiya şöbəsindən APA-ya verilən məlumata görə, «Vergi
işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə bağlı 17
əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı
vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb,
22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa
xəbərdarlıq elan edilib.
Bu il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə
işlərinin gücləndirilməsinə diqqət artırılıb, Vergilər Nazirliyinin
Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının
tədris proqramına «Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə
işgüzar ünsiyyət etikası və vergi işçisinin etik davranış kodeksi»
mövzusu əlavə edilib.
Oxunub: 916
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.