Azərbaycanlı müğənni ölümlə pəncələşir
Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğlu, gənc müğənni Mirkamil Kamilovun səhhəti qəfil pisləşib. Onu ağır vəziyyətdə İrana aparıblar.
Dunyatv.az xəbər verir ki, bu barədə məlumatı aznews.az-a tanınmış teleaparıcı İlham Mirzəyev verib:
"Mənim çox yaxın dostumdur. Heyif taleyi belə oldu. Ağır vəziyyətdə
İrana aparılıb. Çox üzüldüm və çox narahat oldum. Sizin hamınızdan rica
edirəm? Mirkamil üçün şəfa diləyək”.