dunyatv.az
CANLI YAYIN

Bu günün hava proqnozu

28-12-2013, 10:01

Dekabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var.

Temperatur gecə 2-6° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.

Temperaturun gecə 15-20° şaxta, gündüz 7-12° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı ehtimal olunur.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 2-7° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.

Temperaturun gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

 


Oxunub: 983

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.