Bundan sonra çunli ailələrə iki uşaq böyütməyə icazə veriləcək.
DünyaTv.az-ın ANS-Press-in Rusiya mətbuatına istinadən
verdiyi xəbərə görə, belə qərar Çin Xalq Respublikasının Ali
qanunveririci orqanı hesab edilən Milli Xalq Konqresinin Daimi Komitəsi
tərəfindən verilib.
Qərara əsasən çinli ailəsinin bundan sonra iki uşağı olması üçün hər iki valideyn öz ailələrinin tək övladları olmalıdır.
Xatırladaq ki, Çində 1957-ci ildən qüvvədə olan "bir ailə - bir uşaq”
"siyasəti”nə görə, valideynlər məhkəmənin qərarı olmadan 3 ilədək həbs
edilir.
Bundan ötrü ölkədə 300 əmək düşərgəsi yaradılıb və bu düşərgədə 260 mindən çox insan "öz cəzasını” çəkib.
Oxunub: 969
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.