dunyatv.az
CANLI YAYIN

Dünya idmanı şokda: məşhur döyüşçünün acı sonluğu

30-12-2013, 11:50

UFC və MMA stilli döyüşlər üzrə dünyanın ən məşhur döyüşçülərindən biri, "Hörümçək" ləqəbli Anderson Silva ABŞ-ın Las-Veqas şəhərində Kris Ueydmanla döyüşdə ayağını sındırıb.

Kris Ueydmanla revanş döyüşünün 2-ci raundunda braziliyalı Anderson Silva "lou-kik" zərbəsini yerinə yetirərkən ayağını sındırıb.

  DunyaTv.az MMA Junkie-yə istinadən bildirir ki, Las-Veqasdakı hospitalda A.Silvanın sındırdığı sol ayağında cərrahiyyə əməliyyatı aparılıb. UFC-nin ortoped-cərrahı Stiven Sanders Andersonun sol ayağına dəmir mil qoyub.

Həkimlərin dediklərinə görə, belə travmadan sonra bərpa və reabilitasiya prosesi 3-6 ay davam edir.

"Anderson Silva arenada əla idi. O, dünyanın ən yaxşı döyüşçülərindən biridir. Silvanın başına gələnləri görmək çox qəmli olsa da, yaşananlar qarşılaşmaların bir hissəsidir", - UFC prezidenti Dana Uayt deyib.

84 kq çəki dərəcəsində çıxış edən 38 yaşlı Anderson Silva məşhur olmaqla yanaşı, çox təcrübəli döyüşçü sayılır.
İlk döyüşdə Ueydmana uduzmuş Silva 7 illik karyerası ərzində ilk dəfə idi ki, asas döyüşdə iddialı rolunda idi.

Bir zamanlar məğlubedilməz çempion sayılan Anderson Silvanın karyerasının başa çatdığı vurğulanır.


Oxunub: 1 279

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.