dunyatv.az
CANLI YAYIN

Ana 16 yaşlı qızını 25 yaşlı oğlanla evində yaxaladı

26-10-2013, 15:51

 

 
 
 
Bakı şəhər Yasamal rayon Polis İdarəsi, 27-ci Polis Bölməsinə maraqlı şikayət daxil olub. Milli.Az lent.az-a istinadən əldə etdiyi məlumata görə, polisə müraciət edən paytaxt sakini G.M qızı 16 yaşlı S.M-nın 25 yaşlı oğlanla qeyri-təbii yolla cinsi münasibətdə olmasını bildirib.

Qadın qeyd edib ki, 25 yaşlı Rusif Namazov onun qızı ilə tanış olub və etibarını qazanıb. Daha sonra 25 yaşlı oğlan 16 yaşlı qıza şirin vədlər verərək aldadıb və bir neçə gün sonra G.M-nın evində qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.

G.M ərizəsində bildirib ki, gənc oğlan onun qızını zorlamayıb. Sadəcə, qızın uşaqlığından istifadə edib. Qadın qızı ilə həmin oğlanı evdə bir yerdə tutduğunu da əlavə edib.

Qeyd edək ki, qızın qanuna görə, yaşı 16-nı tamam etmiş şəxslə könüllülük əsasında cinsi əlaqədə olmaq cinayət məsuliyyəti nəzərdə tutmur. Hazırda G.M-nın şikayəti əsasında araşdırmalar aparılır.


Oxunub: 2 825

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.