
Türkiyənin məşhur müğənnisi Ferhad
Göçerin Gəncə şəhərindəki konsert proqramı baş tutub. SİA-nın məlumatına
görə, Ferhad Göçerdən əvvəl səhnəyə xalq artisti Aygün Kazımova çıxıb.
Konsert
zamanı Fərhad ardıcıl olaraq Azərbaycanın xalq mahnılarını
səsləndirib.Hətta sənətçi "Sarı gəlin" mahnısını da ifa edərək sözügedən
bəstənin Azərbaycana məxsus olduğunu xüsusilə vurğulayıb.
Nəzərinizə çatdıraq ki, 200 mindən çox insanın izlədiyi maraqlı konsert proqramının sonunda atəşfəşanlıq olub.
Ferhad Göçerin ifasında olan "Sarı gəlin" mahnısını sizlərə təqdim edirik:
Oxunub: 1 203
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.