Azərbaycanda oğul anasını döyə-döyə öldürdü
Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib.
Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a
verilən məlumata görə, Heydər Əliyev prospekti, 93 ünvanında 1963-cü il
təvəllüdlü Qasımov Yaşar İslam oğlu anası, 1935-ci il təvəllüdlü
Cəvahir Xızıyevanı qətlə yetirib. 50 yaşlı kişi birgə yaşadığı anasını
vəhşicəsinə döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının
həyatını xilas etmək mümkün olmayıb.