
Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların
yayımı dayandırılıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən anspress-ə verilən
məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən
çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində
yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV,
Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və
Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.
"Teleradio" İB-dən verilən məlumata görə, bundan əvvəl sınaq
dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq
işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı
dayandırılıb:
"Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici
kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula
bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici
kanal daxildir".
Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.
Oxunub: 1 240
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.