dunyatv.az
CANLI YAYIN

“Ebru və Rza hönkür-hönkür ağlayıb”

7-01-2014, 15:30

“Ebru və Rza hönkür-hönkür ağlayıb”

 Tanınmış yazar İzzet Çapa məşhur olduğu üçün Ebru Gündeşə həbsxanada xüsusi münasibət göstərildiyi haqda çıxan xəbərlərə aydınlıq gətirib. 

Yazar Gündeş və həyat yoldaşı Rza Zərrab haqda yazdığı köşədə çıxan xəbərlərin əsassız olduğunu bildirib:

"Məşhur olduğu üçün Gündeşə həbsxanada xüsusi münasibət göstərildiyi haqda çıxan xəbər yanlışdır. Ebru əri ilə ilk dəfə şəxsən özü prokurordan aldığı xüsusi icazə sayəsində görüşüb. Şüşə arxasında baş tutan görüş bir saat davam edib, vaxt bitdikdən sonra gözətçilər Zərrabı kamerasına apararkən ikisi də hönkür-hönkür ağlayıb.

Artıq Gündeş ərini həftədə bir saat görə bilir. O da hər kəs kimi sırasını gözləyir, girişdə qadın məmurlar üstündə axtarış edir, maqnitli qapıdan keçərkən paltosunu və ayaqqabılarını çıxarır. Yəni düşündüyünüz kimi onun üzünə baxıb " Ooo xoş gəlmisiniz Ebru xanım, buyurun içəriyə keçin" demirlər. Zərraba həftədə 10 dəqiqəlik telefonla evinə zəng etməyə icazə verilir, vaxt bitdikdən sonra zəng avtomatik kəsilir. Hesabına həftədə yalnız 300 lirə köçürülür. İşə baxın, bir zamanlar milyon dollarlarla oynayan adam, bu gün 300 lirə ilə dolanır”./"Qafqazinfo



Oxunub: 1 016

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.