Evə gələn qonağın ən çox nə diqqətini çəkir?
Evə qonaq gələndə ilk olaraq nəyə baxır?
Möhtəşəm dəniz mənzərəsi, modern, klassik dizayn, tanınmış bir rəssamın tablosu, mebellər...
Araşdırmalara görə, qonaqların diqqətini çəkən ilk şey evin qoxusudur. Niyə? Çünki bədənin ən çox çalışan orqanlarından biri burundur. Buna görə də qonağın ilk diqqətini evin qoxusu çəkir. Bu qoxu onda eviniz haqqında təəssürat yaradır və uzun müddət yadında saxlayır.
Ayaqqabı dolabları, kirli geyim səbətləri, zibil qutuları, yemək, kif, tər, nəm, hətta övladınızın məktəb çantası belə evə müəyyən qoxular saçır. Lakin siz uzun müddət bu evdə yaşadığınız üçün onu hiss etmirsiniz. Qonaq isə evə girən kimi fərqi hiss edir.