Azərbaycanda ana faciəsi: 14 il uşaq gözlədi, 3 saat qoynunda saxlaya bilmədi...
[/b]

[b]Ağdaş Mərkəzi Rayon Xəstəxanasında (MRX) yeni doğulan uşaq dünyasını dəyişib
APA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Göyçay rayon sakini Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün Ağdaş MRX-nın doğum şöbəsinə yerləşdirilib.
Həkimlər
ana bətnindəki uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsini
məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül
Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin
vəziyyəti qəflətən pisləşib və həkimlər onu Mingəçevir Şəhər Mərkəzi
Xəstəxanasına aparmağı məsləhət görüblər. Yeni doğulan uşaq Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, orada isə uşağın Gəncəyə
aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda dünyasını
dəyişib.
Uşağın valideynləri APA-ya bildirib ki, Göyçay MRX-da
təmir-bərpa işləri görüldüyündən, ana doğuş üçün yeni tikilmiş və hər
cür şəraiti, müasir avadanlıqları olan Ağdaş MRX-ya aparılıb. Orada isə
uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək
qeysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb. Uşaq əməliyyatdan 3
saat sonra dünyasını dəyişib.
Qeyd edək ki, yeni doğulan uşaq
oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk
övladı idi. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1 928

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR