dunyatv.az
CANLI YAYIN

Parlaq dəriyə sahib olmanın yolları

7-01-2014, 16:40

Parlaq dəriyə sahib olmanın yolları 

Qış mövsümünün hava şəraiti dərimizə də təsirsiz ötüşmür. Soyuq, şaxtalı hava şəraiti dərimizdə quruluq yaradaraq parlaq görünməyimizə maneə olur.

 Dəridə quruluğun yaranmasının başlıca səbəblərindən biri şaxtalı havada qan dövranımızın zəif olmasıdır. Quru dəriyə sahib olan xanımlar cildlərində qızartı, qaşınma, yanıq və bu kimi problemlər müşahidə edə bilərlər. Göz ətrafında, üzdə yaranan quruluq xanımın dərisini yaşına görə daha qoca göstərə bilər.

Hər mövsümdə olduğu kimi qışda da dərimizin xüsusi qulluğa ehtiyacı var. Bəs, bu haqda mütəxxəsislər nə deyir?

Türkiyənin "Acıbadem” xəstəxanasında çalışan dəri həkimi Bahar Öznur qış mövsümündə dəridə yaranan problemləri aradan qaldıraraq parlaq vücuda sahib olmanın yolları haqda danışıb. Mütəxəssis parlaq dəriyə sahib olmaq üçün bolluca meyvə-tərəvəz qəbul etməyi məsləhət görüb. Dərini nəmləşdirən, onu daha da təravətli göstərən meyvələrdən biri isə kividir
.
Meyvə-tərəvəzin tərkibində olan C vitamini dərinin gəncləşməsinə, daha da təravətli görünməsinə səbəb olur. Buna görə portağal, itburnu, cəfəri, yaşıl tərəvəzlərin süfrənizdən əskik olmaması tövsiyə edilir.


Oxunub: 1 024

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.