dunyatv.az
CANLI YAYIN

Azərbaycanda ölmək 5 min manatdır-ŞOK QİYMƏT

7-01-2014, 19:11

Azərbaycanda ölmək 5 min manatdır-ŞOK QİYMƏT

 

İstehlak bazarında elə bir xidmət var ki, hamı ondan istifadə etməli olur. Söhbət dəfn xidmətlərindən gedir. Şübhəsiz ki, dəfn müzakirə üçün o qədər də xoş mövzu deyil. Amma, həyatın amansız reallıqları var və hər birimiz onunla qarşılaşmalı oluruq.

Bakıda dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər. Başqa mərasimlərdən fərqli olaraq burada xərclərə qənaət etmək, onları təxirə salmaq və ya ləğv etmək olmaz.

İnsanın vəfatı müəyyən xərc tələb edir. Bu xərcləri, ölənin ailəsinin maddi vəziyyətinə asılı olaraq müəyyən formada dəyişmək mümkündür.

Yasamal məzarlığının rəhbəri Hacı Hafiz –in məlumatına görə:

"1 məzarın yeri, qazılması, dəfn olunması 4500 – 5000 manat arası dəyişir. Qiymət isə məzarın ölçüsündən, mişar daşı ilə əhatə olunmasından və tabutla dəfn edilməsindən asılı olaraq dəyişir”.

Məzar daşı adi qaya daşından olarsa 1000 manat, mərmərin keyfiyyət və növündən asılı olaraq mərmərdən olarsa 1500 – 2500 manat arası dəyişir.

Mollanın qiyməti isə 50 -150 manat arasında dəyişir.

Çadırların qiyməti də dəyişkəndir. Belə ki, 150 – 200 nəfərdən ibarət olan və avadanlıqları, çay süfrəsi və işçi heyəti ilə birlikdə çadrın bir günlük kirayəsi 700 – 1500 manat arası dəyişir.

150 – 200 nəfərdən ibarət olan mərasim zalları isə işçi heyyəti, ehsan yeməkləri, çay süfrəsi ilə birlikdə 1800 – 2200 manat arası dəyişir.

Ölünün yuyulması, kəfən, və bütün xərclər daxil 50 – 100 manat arası dəyişir.


Oxunub: 1 175

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.